Yoruldum bu həyat mübarizəsindən
Görəsən nə istəyir bu həyat bizdən?
Doğulub,böyüyüb yaşıyırıq biz
Bir oyun içində məhvoluruq biz
Anadan olandan bir yarışdayıq.
Görəsən biz niyə bu həyatdayıq?
Gülürük,ağlayırıq nəfəs alırıq
Hər zaman özümüzü dərdə salırıq.
Olmaz ki sadəcə xoşbəxtlik ola!?
Bu insanlarda rahat bir nəfəs ala!
Bizdə də günah çoxdu deyəsən!
Gərək insanların qədrin biləsən...
Bizi dəyərli bilənə qiymət vermirik.
Dəyərsiz insana könül veririk.
Bir dəfə soruşdular bu həyatda sən...
Nə ilə iz qoyub getmək istərsən
O vaxt demədim indi deyirəm
Bu sözləri sizə yazıb gedirəm
Qulaq verin Pərvizin bu sözlərinə
Vaxt olar gələrsiz məzarım üstə...