Gecələr uzundu aya həsrət.
Gözlərim yumulur yuxuya həsrət.
Torpağ suya, su torpağa ...
Mən isə tək sənə həsrət !
Ürəyim döyünür bircə sözünlə
Həyatım dəyişər gəlişinlə
Söküb apardın ürəyimi gedişinlə
Gözlərim gəldiyin yollara həsrət!
Baxıram dənizə,baxıram göyə
Bilmirəm haradan səsləyim səni
Eşitmirəm nə vaxtı sənin səsini
Qulağım dediyin adıma həsrət!
(Pərviz Zülfüqarlı)